Dörd ayda dövlət büdcəmizin gəlirləri 13 milyard 964,9 mln. manat olub

15:17 - 15.05.2025


15 may, Fineko/abc.az. 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3%-lik artımdır.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə büdcə xərcləri isə 10 mlrd. 961,9 mln. manata çatıb. Bu da illik 2% artımdır.

Beləliklə, yanvar-aprel aylarında dövlət büdcəsində 3 mlrd. manat məbləğində profisit formalaşıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə də büdcədə profisit 2 mlrd. 509,9 mln. manat olmuşdu.