15:28 - 15.05.2025
15 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “Bank Avrasiya” ASC və “Azərbaycan Sənaye Bankı” ASC icrası məcburi sərəncamın verilməsi barədə məlumat yayıb.
ABC.AZ xəbər verir ki, sözügedən məlumatda qeyd edilib ki, “Bank Avrasiya” ASC tərəfindən “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Bank Avrasiya” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
“Azərbaycan Sənaye Bankı” ASC tərəfindən “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Azərbaycan Sənaye Bankı” ASC-yə müvafiq pozuntu hallarının gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
13 İyun 2025
13 İyun 2025