15:55 - 15.05.2025
15 may, Fineko/abc.az. Cari ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 faiz artaraq 4 milyard 502,3 milyon manat olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 414,1 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,8 faizini təşkil edib.
Bu ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 440,1 manatlıq və ya ötən ilin yanvar-aprel ayları ilə müqayisədə nominal ifadədə 65,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
21 İyun 2025
21 İyun 2025