Türkiyə regazifikasiya qurğusu Misirdə fəaliyyət göstərəcək

16:00 - 15.05.2025


15 may, Fineko/abc.az. Türkiyə və Misir arasında Türkiyənin üzən regazifikasiya qurğusunun Misirdə yerləşdirilməsinə dair razılaşma imzalanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.

Tərəflər həmçinin, karbohidrogenlər və dağ-mədən sənayesi sahəsində əməkdaşlıq üzrə memorandum imzalayıblar. Neft, qaz, geotermal enerji və hidrogen sahələrində birgə tədqiqatların aparılması planlaşdırılır.