Azərbaycanda hava nəqliyyatı ilə 4 ayda 1 milyon 179 min 500 sərnişin daşınıb

16:10 - 15.05.2025


15 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 103,7 min sərnişin və ya 9,6 % çoxdur.

Hesabat dövründə hava yolu ilə daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bu ilin yanvar-aprel aylarında bu nəqliyyat növü ilə yükdaşıma 2 % və ya 2,6 min ton artaraq 130,1 min ton olub.