16:38 - 15.05.2025
15 may, Fineko/abc.az. TikTok video platforması internetdə reklam yerləşdirmək üçün Avropa qaydalarını pozur.
ABC.AZ xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbərinin müavini Henna Virkkunen bildirib.
Onun sözlərinə görə, TikTok hədəf reklam haqqında kifayət qədər məlumat vermir, sponsorlarını göstərmir, reklam arxivindəki axtarış isə qənaətbəxş deyil. Bu, saxtakarlığın aşkarlanmasına mane olur və vətəndaşların reklamın arxasında kimin olduğunu bilmək hüququnu pozur.
AK hesab edir ki, şəffaflıq qarşıdakı seçkilər fonunda xüsusilə vacibdir. Bundan əvvəl, platforma Rumıniyada etiketlənməmiş təşviqat reklamı səbəbindən artıq istintaq altına düşmüşdü.
12 İyun 2025
12 İyun 2025
12 İyun 2025
10 İyun 2025
12 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025