Xiaomi XringO1 mobil çipi mayın sonunda təqdim edəcək

17:22 - 15.05.2025


15 may, Fineko/abc.az. Çinin smartfon və elektromobil istehsalçısı Xiaomi Corp (HK:1810) bu ayın sonunda özünün hazırladığı XringO1 ilk mobil çipi təqdim etməyə hazırlaşır.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin təsisçisi Lei Tszyun məlumat verib.

Xiaomi-nin çip bazarına daxil olması şirkət üçün mühüm addımdır. XringO1-in istifadəyə verilməsi Xiaomi-nin məhsullarının məhsuldarlığını artıracaq və şirkətə smartfon və elektromobil bazarında rəqabət üstünlüyü qazandıra bilər.