Neft sabitdir, Brent bir barelə $64,60 təşkil edir

09:38 - 16.05.2025


16 may, Fineko/abc.az. Cümə günü keçirilən ticarət əməliyyatlarında etalon markaların  qiymətləri sabit qalıb.

ICE Futures birjasında iyul ayı üzrə Brent markalı neft fyuçersinin qiyməti saat 09:32-yə olan məlumata görə $0,07 (0,11%) artaraq bir barelə $64,60 təşkil edib. 15 may tarixindəki ticarətlərin yekununa əsasən, Brent markalı neftin iyul fyuçersi $1,56 (2,36%) ucuzlaşaraq $64,53 olmuşdu.

NYMEX əmtəə birjasında iyun ayı üzrə WTI markalı neft fyuçersinin qiyməti saat 09:32-yə olan məlumata əsasən $0,07 (0,11%) artaraq bir barelə $61,69 təşkil edib. 15 may tarixində keçirilmiş ticarətlərin yekununda isə iyun ayı üzrə WTI fyuçersi $1,53 (2,42%) ucuzlaşaraq $61,62 olmuşdu.