10:16 - 16.05.2025
16 may, Fineko/abc.az. Alibaba 4-cü maliyyə rübündə xalis mənfəəti 3,8 dəfə artıraraq 12,38 milyard yuana (1,7 milyard dollar) çatdırıb.
ABC.AZ xəbər verir ki, korrektə olunmuş mənfəət bir il əvvəlki 1,27 yuana qarşı 1,57 yuan olub.
Qazanc 7% artaraq 236,5 milyard yuan təşkil edib, lakin proqnozlaşdırılan 237,9 milyard yuana çatmayıb.
• Taobao və Tmall — 9% artım, 101,4 milyard yuana qədər təşkil edib
• Beynəlxalq e-ticarət (AliExpress, Lazada və s.) — +22%, 33,6 milyarda qədər
• Bulud xidmətləri - +18%, 30,1 milyarda qədər təşkil edib
Şirkət ildə 11,9 milyard dollar dəyərində səhm alıb, 4,6 milyard dollarlıq dividend təsdiqləyib. ADS kağızları Nyu-Yorkdakı premarketdə 5,4% itirir.
13 İyun 2025
13 İyun 2025