10:26 - 16.05.2025
16 may, Fineko/abc.az. Rusiya, Ukrayna və Türkiyə arasında üçtərəfli görüş Bakı vaxtı ilə saat 13:30-da İstanbulda başlayacaq.
ABC.AZ xəbər verir ki, bu görüşdən əvvəl Türkiyə, ABŞ və Ukrayna nümayəndələrinin görüşü keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Mənbənin sözlərinə görə, Türkiyə-Rusiya-Ukrayna formatında üçtərəfli görüş Moskva vaxtı ilə saat 12:30-da Türkiyə prezidentinin Dolmabahçedəki iş ofisində başlayacaq”.
“Gözlənildiyinə görə, Türkiyə-ABŞ-Ukrayna görüşü isə Moskva vaxtı ilə saat 10:45-də başlayacaq”, – deyə mənbə əlavə edib.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025