Tramp Apple-ın Hindistanda istehsalını istəmir

12:00 - 16.05.2025


16 may, Fineko/abc.az. Donald Tramp Apple şirkətinin məhsullarını Hindistanda istehsal etməsini istəmədiyini bildirib və zavodların ABŞ-a köçürülməsinə çağırıb.

ABC.AZ xəbər verir ki, Tramp Apple-ın baş direktoru Tim Kuku ABŞ-a 500 milyard dollar investisiya vədinə baxmayaraq, Hindistanda istehsalı genişləndirmək planlarına görə tənqid edib. Məlumata görə, Tramp Apple-ı Çindən kənarda istehsalı diversifikasiya etmək əvəzinə, diqqəti ABŞ bazarına yönəltməyə çağırıb.

Qeyd edək ki, Apple yaxın illərdə iPhone istehsalının təxminən 25%-ni Hindistana köçürməyi planlaşdırır.