ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

12:16 - 16.05.2025


16 may, Fineko/abc.az. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) rəqəmsal transformasiya strategiyası çərçivəsində növbəti yeniliyə imza atıb.

QSC-dən ABC.AZ-a bildirilib ki, ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib.

Bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır.

İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən – “SİMA İmza”, “ASAN İmza”, “SİMA Token” (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmzadan istifadə edə bilirlər.