14:07 - 16.05.2025
16 may, Fineko/abc.az. ABŞ Ticarət Nazirliyi beynəlxalq şirkətlərə Çin istehsalı olan Huawei şirkətinin süni intellekt çiplərindən istifadə etməmələri barədə tövsiyə verib. Bildirilib ki, bu çiplər ABŞ-ın ixrac nəzarət qaydalarının pozulması ilə hazırlanmış ola bilər.
ABC.AZ xəbər verir ki, məhdudiyyətlər Ascend 910B, 910C və 910D modellərinə şamil edilib. Qurumun məlumatına görə, bu mikrosxemlər “böyük ehtimalla Amerika texnologiyalarını ehtiva edir və ya onların istifadəsi ilə istehsal olunub”.
Qeyd olunub ki, belə çiplərin istifadəsi cinayət və inzibati tədbirlərə – cərimələrə, həbs cəzasına, ixrac imtiyazlarının itirilməsinə və digər məhdudiyyətlərə səbəb ola bilər.
Huawei Çində süni intellekt çiplərinin istehsalı sahəsində fəal fəaliyyət göstərir. Şirkət bu ilin sonunadək 6 nanometrlik arxitekturaya əsaslanan yeni Ascend 920 prosessorunu kütləvi istehsala buraxmağı planlaşdırır. Bu çip, Çində satışı qadağan olunan Nvidia-nın H20 modelinə alternativ ola bilər.
12 İyun 2025
12 İyun 2025
12 İyun 2025
10 İyun 2025
12 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025