“Azəristiliktəchizat”ın rəhbəri: Fərdi qaydada istilik təchizatı sistemləri sıradan çıxmalıdır

14:22 - 16.05.2025


16 may, Fineko/abc.az. “Bu gün tikilən binaların istilik mühafizəsi normativlərinə cavab verməsi tələbləri əsasdır”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

O bildirib ki, bu normativlərə əməl olunmaması səbəbindən hadisələr baş verir: “Bu gün Azərbaycanda 28 milyard kilovat saat enerji isitmə məqsədləri üçün istifadə olunur. Fərdi sistemlər sıradan çıxmalıdır. Onların bu gün geniş yayılmasının səbəbi qanunvericilikdə olan boşluqlarla bağlıdır. Bu qanunun qəbulundan sonra bu boşluqlar aradan qalxacaq”. (APA)