15:00 - 16.05.2025
16 may, Fineko/abc.az. ABŞ-ın aqrar sənaye Həmkarlar İttifaqları Konqresə Kənd Təsərrüfatı Nazirliyində kütləvi ixtisarlardan sonra ölkənin ərzaq təhlükəsizliyi riskləri barədə xəbərdarlıq edib.
ABC.AZ xəbər verir ki, prezident Donald Trampın təşəbbüsü ilə quş qripi və fermer dəstəyi mütəxəssisləri də daxil olmaqla 15 mindən çox işçi işdən çıxarıldı.
İxtisarlar elmi kadrlara da təsir edib. Belə ki, 167 Qida Təhlükəsizliyi mütəxəssisindən 98-i işdən çıxarılıb. Kənd Təsərrüfatı Nazirliyinin maliyyəsi 4,5 milyard dollar azalıb ki, bu da həmkarlar ittifaqlarının fikrincə, əsas xidmətləri zəiflətib və iqlim problemləri və qida riskləri ilə mübarizəni çətinləşdirib.
13 İyun 2025
13 İyun 2025