Rusiya halal məhsulların ixracını 1,8 dəfə artırıb — satın alan ölkələrin siyahısı

15:30 - 16.05.2025


16 may, Fineko/abc.az. Ötən il Rusiya 382 milyon dollar dəyərində halal məhsul ixrac edib ki, bu da bir il əvvəlki göstəricidən 1,8 dəfə çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı nazirinin birinci müavini Yelena Fastova "Rusiya - İslam dünyası: KazanForum" XVI Beynəlxalq İqtisadi Forumunda məlumat verib. Əsas alıcılar Səudiyyə Ərəbistanı, BƏƏ və İrandır. Halal məhsulların ixracı həmçinin Əlcəzair, Küveyt, İordaniya və Misirə də inkişaf edir.

Fastovanın təqdimatına əsasən, Səudiyyə Ərəbistanına ixrac olunan halal məhsullar ötən il 243 milyon dollar təşkil edib, 2023-cü ildə isə bu rəqəm 127 milyon dollar idi; İrana ixrac 62,5 milyon dollar (42,5 milyon dollara qarşı), BƏƏ-yə 31,2 milyon dollar (16,8 milyon dollara qarşı), Küveytə isə 6,3 milyon dollar (2,5 milyon dollara qarşı) təşkil edib. Təchizat strukturunda quşçuluq məhsulları üstünlük təşkil edir.