16:00 - 16.05.2025
16 may, Fineko/abc.az. 2025-ci ildə “TikTok” yenidən Çinin ən bahalı markası olub.
ABC.AZ xəbər verir ki, bu “FinanceChina 500″ün illik hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, “TikTok” sosial şəbəkəsinin dəyəri il ərzində 26% artıb və 105.8 milyard dollara çatıb. İkinci yerdə Çinin enerji şəbəkəsi şirkəti “State Grid Corporation” (+20%, 85.6 milyard dollar), üçüncü yerdə isə “Industrial and Commercial Bank of China” (+10%, 79.1 milyard dollar) qərarlaşıb.
Sonrakı üç pilləni “China Construction Bank” (+19.5%, 78.4 milyard dollar), “Agricultural Bank Of China” (+16, 70.2 milyard dollar) və “Bank of China” (+26.5%, 63.8 milyard dollar) tutub. Nəhayət, ilk onluğu alkoqol istehsalçısı “Moutai” (+16.5%, 58.4 milyard dollar), mobil operator “China Mobile” (+6%, 47 milyard dollar), texnologiya nəhəngi “Tencent” (44 milyard dollar) və sığorta şirkəti “Ping An” (-2.6%, 43.2 milyard dollar) tamamlayır.
23 İyun 2025
23 İyun 2025
23 İyun 2025