Xarici aviasiya şirkət Azərbaycanda fəaliyyətini dayandırır

16:38 - 16.05.2025


16 may, Fineko/abc.az. “Sita Aviasiya Elektrik Rabitə Xidmətləri Beynəlxalq Cəmiyyəti”nin Azərbaycandakı nümayəndəliyi ləğv edilir.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, 2-ci mərtəbə, Dentons Europe ünvanına bildirə bilərlər.

Xatırladaq ki, nümayəndəlik 1996-cı ildə yaradılıb, qanuni təmsilçisi Rauf Quliyevdir.