Vergi yükü Azərbaycanda biznes mühitinin gücləndirilməsi üçün prioritet sahədir - DB

17:28 - 16.05.2025


16 may, Fineko/abc.az. Vergi ödəyən rəsmi şirkətlər qanunsuz fəaliyyət göstərən şirkətlərin vergi öhdəliklərindən yayınmasından narazıdır.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının 2024-cü il üzrə Biznes Mühiti Sorğusu (WBES) Azərbaycanda fəaliyyət göstərən 368 rəsmi şirkətin vergi sistemi ilə bağlı baxışlarını təhlil edərkən məlum olub.

Təhlildə qeyd edilib ki, bu isə ədalətsiz rəqabət mühiti yaradır və rəsmi şirkətlərin mövqeyini zəiflədir.

"Ümumilikdə, Dünya Bankının sorğusuna əsasən, vergi yükü məsələsi Azərbaycanda biznes mühitinin gücləndirilməsi üçün prioritet sahədir: “Sahibkarlar üçün sabit, şəffaf və sadə vergi sistemi yalnız vergi daxilolmalarını artırmaqla kifayətlənməyəcək, həm də investisiya mühitini yaxşılaşdıracaq, kölgə iqtisadiyyatını azaldacaq və şəffaf rəqabəti təşviq edəcək” - deyə, təhlildə vurğulanıb. (APA)