09:40 - 19.05.2025
19 may, Fineko/abc.az. Keçən həftənin yekunlarına görə qiymət artımından sonra bazar ertəsi keçirilən hərraclarda etalon markaların qiymətləri enməkdədir.
ICE Futures birjasında iyul ayı üzrə Brent markalı neftin fyuçersinin qiyməti saat 09:38-ə olan məlumata görə $0,33 (0,50%) azalaraq bir barelə $65,08-a düşüb. 16 may tarixində keçirilən hərracların nəticələrinə əsasən, iyul fyuçersi $0,88 (1,36%) bahalaşaraq $65,41 təşkil etmişdi.
NYMEX əmtəə birjasında iyun ayı üzrə WTI markalı neftin fyuçersinin qiyməti $0,30 (0,48%) azalaraq bir barel üçün $61,67 olub. 16 may tarixində keçirilən hərraclarda WTI fyuçersi $0,87 (1,41%) bahalaşaraq $62,49 təşkil etmişdi.
Keçən həftə Brent markalı neft 2,35%, WTI markalı neft isə 2,41% bahalaşmışdı.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025