“Bokt İcraçı Kredit Agentliyi” MMC-nin aktivləri kəskin kiçilib

11:04 - 19.05.2025


19 may, Fineko/abc.az. “Bokt İcraçı Kredit Agentliyi” MMC-nin 31 dekabr 2024-cü il tarixinə cəmi aktivləri 1 milyon 61 min manat olub. 2023-cü ildə BOKT-un aktivləri 1 milyon 99 min manat olub ki, bu da illik müqayisədə aktivlərin 3.5% azalması deməkdir.

ABC.AZ BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, “Bokt İcraçı Kredit Agentliyi” MMC-nin ötən il kredit portfeli 7% azalaraq 975 min manat, cəmi öhdəlikləri 43% azalaraq 123 min manat, cəmi kapitalı isə 6% artaraq 938 min manata düşüb.

BOKT-un bölüşdürülməmiş mənfəəti 422 min manatdan 578 min manata çatıb.

Xatırladaq ki, “Bokt İcraçı Kredit Agentliyi” 2002-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 324 166 manatdır və qanuni təmsilçisi Samir Cəlilovdur.