11:50 - 19.05.2025
19 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 262 mənzil alıblar.
ABC.AZ Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə olaraq 39 mənzil və ya 17,5 % çoxdur.
Təkcə aprel ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 59 mənzil alıblar ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə olaraq 5 mənzil və ya 9,2 % çoxdur.
Aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb. Ümumilikdə, bu ilin yanvar-aprel aylarında Türkiyədə xarici vətəndaşlara 6 049 mənzil satılıb. Bu, 2024-cü eyni ayları ilə müqayisədə 964 mənzil və ya 13,7 % azdır.
13 İyun 2025
13 İyun 2025