Apreldə əcnəbilər Türkiyədə 1 446 mənzil alıblar

11:59 - 19.05.2025


19 may, Fineko/abc.az. Təkcə apreldə əcnəbilər Türkiyədə 1 446 mənzil alıblar ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə olaraq 162 mənzil və ya 12,6 % çoxdur.

ABC.AZ xəbər verir ki, hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub.

Onlara ötən 4 ay ərzində 1 055 mənzil satılıb. Bu, ötən ilin ilk 4 ayı ilə müqayisədə 599 ədəd və ya 36,2 % azdır.

Təkcə apreldə isə rusiyalılar Türkiyədə 276 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 17 ədəd və ya 5,8 % azdır. Növbəti yeri İran vətəndaşları tutublar. İranlılara yanvar-aprel aylarında bu ölkədə 576 mənzil satılıb ki, bu da illik müqayisədə 131 ədəd və ya 18,5 % azdır.

Aprel ayında iranlılara 128 mənzil satılıb ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 11 mənzil və ya 9,4 % çoxdur.

İlk 3-lüyü isə Ukrayna qapadır. Yanvar-aprel aylarında Ukrayna vətəndaşları Türkiyədə 424 mənzil sahib olublar. Bu da 2024-cü ilin 4 ayı ilə müqayisədə 28 mənzil və ya 6,2 % azdır.

Aprel ayında isə ukraynalılar Türkiyədə 120 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 29 mənzil və ya 31,9 % çoxdur.