12:32 - 19.05.2025
19 may, Fineko/abc.az. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ABC.AZ Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, gələnlərin 24,2 faizi Rusiya Federasiyası, 18,0 faizi Türkiyə, 11,0 faizi Hindistan, 9,0 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1,0 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur.
Gələnlərin 70,2 faizini kişilər, 29,8 faizini qadınlar təşkil edib.
23 İyun 2025
21 İyun 2025
21 İyun 2025