15:03 - 19.05.2025
19 may, Fineko/abc.az. Məşhur investor Uorren Baffet “Nubank” kriptoşirkətindəki payını sataraq 250 milyon dollar gəlir əldə edib.
ABC.AZ xəbər verir ki, bundan əlavə, onun konqlomeratı “Berkshire Hathaway” “Citigroup”dan çıxıb, “Bank of America”dakı səhmlərini isə 2,1 milyard dollardan çox dəyərində sataraq azaldıb.
“Stock Circle” məlumatlarına görə, “Berkshire Hathaway” hələ 2024-cü ildə “Nubank”dakı 402 milyon səhmlərini satmağa başlayıb. İlkin investisiyadan şirkətin ümumi mənfəəti təxminən 250 milyon dollar təşkil edib.
Baffet daha əvvəl demişdi ki, 2025-ci ilin sonunda “Berkshire Hathaway”in rəhbəri vəzifəsindən istefa verəcək. O, 60 ilə yaxındır ki, bu postu tutub.
19 İyun 2025
19 İyun 2025
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025
17 İyun 2025
17 İyun 2025