15:32 - 19.05.2025
19 may, Fineko/abc.az. Səudiyyə Ərəbistanı və Misir Yaxın Şərqdə otel tikintisinin rekord tempini nümayiş etdirirlər.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin I rübündə Yaxın Şərqdə 158 656 otaqlıq 634 otel tikilir – layihələrin sayında 4 %, otaq sayında isə 10 % artım müşahidə olunub.
Lider ölkə Səudiyyə Ərəbistanıdır – burada 85 416 otaqlıq 319 otel layihəsi həyata keçirilir. Misir ikinci yerdədir – 28 768 otaqlıq 125 layihə, BƏƏ isə üçüncü yerdə – 27 279 otaqlıq 102 otel.
Şəhərlər üzrə liderlər: Ər-Riyad, Dubay, Ciddə, Qahirə və Məkkə – bu beş şəhər bütün layihələrin 94 %-ni təşkil edir.
Ən yüksək artım lüks və yüksək səviyyəli otel seqmentlərində qeydə alınıb – bu kateqoriyalar bütün tikinti layihələrinin yarıdan çoxunu təşkil edir.
13 İyun 2025
13 İyun 2025
13 İyun 2025
13 İyun 2025