Dörd ayda Azərbaycana 33 767 ədəd avtomobil gətirilib

10:28 - 20.05.2025


20 may, Fineko/abc.az. 2025-ci ilin yanvar-aprel ayında Azərbaycan 616 milyon 138 min dollar dəyərində 33 767 ədəd cəmi avtomobil idxal olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 23%, miqdar ifadəsilə 21.3% artıb.

O cümlədən, 2024-cü ilin yanvar-aprel ayında isə Azərbaycana 502 milyon 621 min dollar dəyərində 27 838 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin 4 ayında Azərbaycana minik avtomobillərinin idxalı 30 814 ədəd ikən, əvvəlki ildə 25 003 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 23% artıb.