Bakının bu hissəsində yol bağlanır

10:58 - 20.05.2025


20 may, Fineko/abc.az. Binəqədi rayonu, Zəngəzur küçəsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

ABC.AZ xəbər verir ki, bu barədə NİİM-in sürücülərə müraciətində deyilir.

"Bu səbəbdən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Sürücülərin Nicat Mustafayev və Babadağ küçələrindən istifadə etmələri tövsiyə olunur", - NİİM-dən bildirilib.