14:26 - 20.05.2025
20 may, Fineko/abc.az. Yaponiyanın avtomobil istehsalçısı Honda, elektromobillərin istehsalına investisiya planını azaldıb, habelə hədəf satış səviyyəsini də azaldıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tosihiro Mibe bildirib.
Honda indi elektrikli nəqliyyat vasitələrinin istehsalına və proqram təminatına uzunmüddətli perspektivdə daha öncə planlaşdırılanlara 10 trilyon yenə qarşı 7 trilyon yen sərmayə qoyacaq.
“Elektrikli avtomobillərə qoyulan investisiyalar dayandırılmır, sadəcə arxa plana keçirilir”, — Mibe deyib. O izah edib ki, Honda, elektrikli avtomobil satış hədəflərini on ilin sonuna qədər tələbin azalması və hibrid avtomobil modellərinin populyarlığının artması əsasında korrektə edib.
23 İyun 2025
23 İyun 2025
23 İyun 2025