15:09 - 20.05.2025
20 may, Fineko/abc.az. “2024-cü ilin mayında vəfat edən İran prezidenti İbrahim Rəisi də ABŞ ilə nüvə məsələsi ilə bağlı dolayı danışıqlar apardı, sonra nəticəyə gətirib çıxarmadı və indi də gətirməyəcək”.
ABC.AZ xəbər verir ki, bunu İranın ali lideri əli Xamenei bildirib, mayın 20-də siyasətçinin sözləri onun saytında dərc edilib.
Onun açıqlaması ABŞ-ın İrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmasını tələb etməsindən sonra yayımlanıb. ABŞ prezidenti Donald Tramp Tehranla razılaşmanın başa çatmağa yaxın olduğunu bildirib. İran hakimiyyəti uranın zənginləşdirilməsindən tamamilə imtina etməyəcəklərini vurğulayıb.
13 İyun 2025
13 İyun 2025