SOCAR-ın zavodunda partlayış baş verib - 5 nəfər yaralanıb

15:15 - 20.05.2025


20 may, Fineko/abc.az. 20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.

ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək evə buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.

"Hadisənin başvermə səbəbi araşdırılır", - məlumatda qeyd olunur.