İlk rübdə Azərbaycan 287.2 min ton yumşaq buğda alıb

15:46 - 20.05.2025


20 may, Fineko/abc.az. Azərbaycan 2025-ci ilin ilk rübündə ümumilikdə 287.2 min ton yumşaq buğda idxal edib.

ABC.AZ xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35.5% artım deməkdir.

Dəyər baxımından isə idxal 61.99 mln dollar təşkil edib ki, bu da illik 29% artım deməkdir 2024-cü ilin analoji dövründə 48.07 mln dollar idi.

2024-cü ilin eyni dövründə bütün buğda idxalı yalnız Rusiyadan – 211.9 min tonluq həyata keçirilmişdi.

2025-ci ildə isə əsas təchizatçı Qazaxıstan olub – 231.4 min ton buğda göndərib. Rusiya isə bu dövrdə yalnız 55.8 min ton buğda ixrac edib.

2025-ci ilin yanvar–mart aylarında Azərbaycanın idxal etdiyi hər ton yumşaq buğda üçün orta qiymət 215.88 ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınmış 226.76 dollarla müqayisədə 4.8% ucuzlaşma deməkdir.