Son 4 ayda Azərbaycandan 4 milyon 299 min dollarlıq nar ixrac olunub

16:13 - 20.05.2025


20 may, Fineko/abc.az. 2025-ci ilin yanvar-aprel ayında Azərbaycandan 4 milyon 299 min dollar dəyərində 5 min 27 ton nar ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 35 min dollar və ya 31,7%, miqdar ifadəsilə 1 376 ton və ya 37,7% artıb.

2024-cü ilin yanvar-aprel aylarında isə Azərbaycandan 3 milyon 263 min dollar dəyərində 3 min 651 ton nar ixrac olunmuşdu.

Bu dövrdə ümumi ixracın 0.05%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,40%-i xurmanın payına düşüb.

Hesabat dövründə 1 kq narın orta ixrac qiyməti 1,45 manat olub ki, bu da illik 7 qəpik (4,3%) aşağıdır.

Ötən ilin 4 ayının nəticələrinə əsasən 1 kq narın orta ixrac dəyəri 1,52 manat olub.