16:40 - 20.05.2025
20 may, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Ağdam Sənaye Parkının rezidentlərindən biri Özbəkistana divar kağızlarının ixracına başlayıb.
ABC.AZ agentliyə istinadən xəbər verir ki, bu ölkəyə ilkin mərhələdə 1,36 milyon manatlıq məhsul göndərilməsi nəzərdə tutulub.
Divar kağızları Ağdam Sənaye Parkının 1,6 hektar ərazisində istehsal edilir. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir.
23 İyun 2025
23 İyun 2025
23 İyun 2025