Ermənistanla sülhün imzalanması üçün iki şərt var - İlham Əliyev

17:04 - 20.05.2025


20 may, Fineko/abc.az. Ermənistanla sülhün imzalanması üçün iki şərt var və Ermənistan gec-tez bu şərtlərlə razılaşacaq.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan mütləq Konstitusiyasında dəyişiklik etməli və ATƏT-in Minsk qrupu ləğv olunmalıdır.