DTA Özbəkistan və Qazaxıstan jurnalistlərinin səfəri üçün 267 min manat xərcləyəcək

17:20 - 20.05.2025


20 may, Fineko/abc.az. Dövlət Turizm Agentliyi Özbəkistan və Qazaxıstandan jurnalistlər, bloggerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili ilə bağlı satınalma prosedurunu başa çatdırıb.

ABC.AZ xəbər verir ki, müvafiq tenderin qalibi “STİ Travel” MMC olub.

Sözügedən layihə çərçivəsində ümumilikdə 60 nəfərin – hər iki ölkədən 30 nəfər olmaqla – Azərbaycana səfəri təşkil olunacaq.

Maraqlı məqam isə qazanılan məbləğdədir. Belə ki, tenderin ehtimal olunan qiyməti 517.763,94 AZN olsa da, “STİ Travel” MMC bu xidmətləri 266.976,89 AZN-ə həyata keçirməyi öhdəsinə götürüb. Bu isə ilkin qiymətlə müqayisədə 250.787,05 AZN daha az vəsaitlə işi yerinə yetirəcəkləri anlamına gəlir. Başqa sözlə, şirkət sözügedən tenderi 48,4% daha ucuz qiymətə qazanıb.