Türkiyə Rusiya və digər ölkələrlə yeni AES layihələri üzrə danışıqlar aparır

11:46 - 21.05.2025


21 may, Fineko/abc.az. Türkiyə bir sıra ölkələrlə, o cümlədən Rusiya ilə ikinci və üçüncü AES-in tikintisi layihələri üzrə danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib.

"Rusiya, Cənubi Koreya, Çin ikinci və üçüncü AES-in tikintisi layihələrinə maraq göstərir. Onlarla yanaşı, başqa ölkələr və şirkətlər də var ki, biz onlarla da danışıqlar aparırıq. Xüsusilə Kanadanın “Candu” şirkətidir. Biz Türkiyə üçün ən sərfəli seçim edəcəyik", - nazir belə deyib.

Türkiyədə ilk "Akkuyu" AES Rusiyanın “Rosatom” korporasiyası qurur. Hər bir enerji blokunun gücü 1 200 MVt olacaq.