Maliyyə sektorunda fəaliyyət göstərən sahibkarların neçə faizi qadındır?

12:03 - 21.05.2025


21 may, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sektorunda fəliyyət göstərən sahibkarlıq subyektlərinin 26 %-i və yaxud 995-i qadın olub.

ABC.AZ xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında bildirilir.

Sənədə əsasən, qadın sahibkarların 992-si mikro, 3-ü kiçik sahibkar olub.

2024-cü ilin sonuna ölkədə maliyyə və sığorta fəaliyyəti sektorunda 3 820 sahibkarlıq subyekti fəaliyyət göstərib ki, bunun da 74 %-i və yaxud 2 825-i kişilər olub. (Report)