Prezident: Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək

13:17 - 21.05.2025


21 may, Fineko/abc.az. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışında bildirib.

Dövlət başçısı vurğulayıb ki, 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.