Yaponiya şirkətləri rüsumlara görə 27 milyard dollar itirə bilər

14:22 - 21.05.2025


21 may, Fineko/abc.az. Yaponiyanın aparıcı şirkətləri ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumları səbəbindən 27 milyard dollardan çox itirə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti öz hesablamalarına istinadən xəbər verir.

"ABŞ-da tənəzzül vəziyyətində nəticələr daha şiddətli ola bilər. Toyota, Sony və Mizuho da daxil olmaqla şirkətlər 4 trilyon yen (təxminən 27,6 milyard dollar) itirə bilər", - nəşr yazır.