Moskva Arbitraj məhkəməsi VTB-nin Britaniyadakı törəməsinə qarşı 2,4 milyard rublluq iddiasını təmin edib

15:23 - 21.05.2025


21 may, Fineko/abc.az. Moskva Arbitraj Məhkəməsi mayın 15-də VTB (Rusiya) Bankının Britaniyadakı törəməsi olan “VTB Capital Plc” şirkətinə qarşı 2,4 milyard rubl məbləğində iddiasını təmin edib.

ABC.AZ xəbər verir ki, iddia tam təmin edilib. Qərarın təfərrüatları hələ açıqlanmayıb.

İddia 7 fevral 2024-cü ildə qaldırılmışdı və overdraft krediti borcu ilə bağlı olmuşdu.