Məktəb psixoloqlarının maaşı artırılacaq - Detallar

15:24 - 21.05.2025


21 may, Fineko/abc.az. 2025-ci ildən məktəb psixoloqlarının maaşları artırılacaq.

ABC.AZ xəbər verir ki, rəsmi təhsil dairələrindən əldə edilən məlumata görə, 2025-ci ildən etibarən məktəb psixoloqlarının əməkhaqqılarında nəzərəçarpacaq artım müşahidə olunacaq.

Artım növbəti tədris ilindən tətbiq olunacaq. Bu addım ümumi təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqların sosial təminatını yaxşılaşdırmağa yönəlib. (AzEdu.az)