16:14 - 21.05.2025
21 may, Fineko/abc.az. 2025-ci ilin ilk dörd ayı ərzində Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymət indeksi ötən ilin eyni dövrünə nisbətən aşağı düşüb, bununla belə emal sənayesində qiymət artımları yüksəlməkdədir.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi sənaye məhsullarının istehsalçı qiymət indeksi 92,9 olub ki, bu da 7,1% azalma deməkdir.
Ən ciddi eniş neft-qaz sənayesində müşahidə olunub – yanvar-aprel dövründə bu sahənin qiymət indeksi 89,9 təşkil edib (-10,1%). Bu tendensiya bütövlükdə mədənçıxarma sənayesinə təsir edib – indeks 88,7 olub (-11,3%), xam neft və təbii qaz hasilatı üzrə isə göstərici 88,5-ə enib (-11,5%).
Buna qarşı olaraq, qeyri-neft qaz sənayesində qiymətlərdə artım davam edir – bu sahənin indeksi 105,4 təşkil edib və ya illik 5,4 artım. Ən yüksək artım metal filizlərinin hasilatı üzrə qeydə alınıb – illik qiymətlər bu sahə üçün 29,2%. Tikinti materiallarının istehsalı üzrə də artım (+6,9%)müşahidə olunub.
Emal sənayesi üzrə ümumi indeks 106,5 olub. Bu da o deməkdir ki, bu emal sənayedə istehsalçılar üçün xərclər illik müqayisədə 6.5% artıb. Bu sahədə ən çox qiymət artımı neft məhsullarının istehsalı (+9,8%) və kimya sənayesi (+9%) sahələrində müşahidə olunub.
21 İyun 2025
21 İyun 2025