“Arkoz Qazax Sement Zavodu” MMC-nin dövlətə böyük məbləğdə borcu var

17:20 - 21.05.2025


21 may, Fineko/abc.az. “Arkoz Qazax Sement Zavodu” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumat bazasındakı  rəqəmlər belə deməyə əsas verir.

Məlumata əsasən, “Arkoz Qazax Sement Zavodu” MMC-nin vergi borcu 4 546 956.54  manatdır. Bu vergi borcu 20 may 2025-ci il tarixinə qədər olan məlumatdır.

Qeyd edək ki, “Arkoz Qazax Sement Zavodu” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 155 334 515 manat təşkil edir.

“Arkoz Qazax Sement Zavodu” MMC-nin hüquqi ünvanı Qazax rayonu Daş Salahlı kəndidir.