Hindistanın Rusiyadan idxal etdiyi neft 10 ayda ən yüksək səviyyəyə çatıb

17:28 - 21.05.2025


21 may, Fineko/abc.az. Gəmi izləmə şirkəti “Kpler”in məlumatlarına görə, Hindistan may ayında Rusiyadan gündə təxminən 1.8 milyon barel neft idxal edib ki, bu da son 10 ayın ən yüksək səviyyəsidir.

ABC.AZ xəbər verir ki, bu, neft emalı zavodlarının “ESPO Blend” kimi daha yüngül neft növləri almağa başlaması ilə əlaqədardır.

Treyderlər bildiriblər ki, dünyanın üçüncü ən böyük neft idxalçısı və istehlakçısı olan Hindistanda Rusiya xam neftinə tələb iyul ayında da yüksəlməyə davam edəcək.

Alqı-satqılar Aİ və Böyük Britaniyanın Moskvanın neft tankerlərindən ibarət “kölgə donanması”na və maliyyə şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən əvvəl həyata keçirilib.