ABŞ “qızıl kart” proqramını işə salır

11:41 - 22.05.2025


22 may, Fineko/abc.az. ABŞ yaxın həftələrdə “qızıl kartlar” üçün müraciətlərin qəbuluna başlayacaq. Bu, Donald Trampın təşəbbüsü ilə irəli sürülən və ölkə iqtisadiyyatına 5 milyon dollar investisiya qoyuluşu müqabilində verilən yaşayış icazəsidir.

ABC.AZ xəbər verir ki, ticarət naziri Hovard Latnikin sözlərinə görə, proqram ABŞ-ın dövlət borcunun azaldılmasına kömək edəcək. Təxminən 1 milyon “qızıl kart”ın verilməsi planlaşdırılır. Bu kartlar son 35 ildə qüvvədə olan və 10 daimi iş yerinin yaradılması qarşılığında “yaşıl kart” verilməsini nəzərdə tutan EB-5 vizası proqramını əvəzləməlidir.

Qeyd edək ki, Tramp bu təşəbbüsü hələ fevral ayının sonunda irəli sürmüşdü, lakin proqramın icrasına indi start verilir.