Bir ildə mənfəəti 4 faiz azalan BOKT - Hesabat

11:42 - 22.05.2025


22 may, Fineko/abc.az.  BOKT “Finans Kredit” MMC 2024-cü ili 203 min manat mənfəətlə başa vurub. 2023-cü ildə BOKT-un mənfəəti 212 min manat olub ki, bu da illik müqayisədə 4% azalma deməkdir.

ABC.AZ BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il BOKT “Finans Kredit” MMC-nin faiz gəlirləri 3% artaraq 731 min manat, faiz xərcləri isə 7% azalaraq 238 min manat təşkil edib.

31 dekabr 2024-cü il tarixinə BOKT-un cəmi aktivləri 3 milyon 470 min manat olub ki, bu da illik müqayisədə 11% artımdır. Bunun 3 milyon 12 min manatı müştərilərə verilmiş kreditlərdir.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 2 milyon 426 min manatdan 2 milyon 414 min manata düşüb, cəmi kapitalı isə 654 min manatdan 1 milyon 56 min manata çatıb.