İslam İnkişaf Bankı indiyədək Azərbaycana 1,3 milyard dollar sərmayə qoyub    

14:16 - 22.05.2025


22 may, Fineko/abc.az.  “İslam İnkişaf Bankı indiyədək Azərbaycanda 1,3 milyard ABŞ dolları həcmində 77 layihəni maliyyələşdirib”.

ABC.AZ xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun baş iqtisadçısı Areef Suleman deyib.

O vurğulayıb ki, bu layihələrin əksəriyyəti energetika sektorunu əhatə edir:

“Lakin kənd təsərrüfatı da digər sahələr kimi maraq doğurur. Məhz bu səbəbdən biz digər tərəfdaş ölkələr kimi Azərbaycana dəstəyimizi gələcəkdə də davam etdirəcəyik”.