Möminə xatun türbəsi bərpa olunacaq - Sərəncam  

14:22 - 22.05.2025


22 may, Fineko/abc.az. Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.