Qazaxıstan Milli Bankı ilin sonuna qədər vahid QR kodu tətbiq edəcək

17:18 - 22.05.2025


22 may, Fineko/abc.az. Qazaxıstan Milli Bankı 2025-ci ilin sonunadək ödənişlər üçün vahid banklararası QR-kodu tətbiq edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Milli Bank rəhbərinin müşaviri Binur Jalenov bildirib. Xidmətin avqust ayında istifadəyə verilməsi planlaşdırılır. Freedom və RBK artıq işləri başa çatdırıb, sistemə daha dörd bank qoşulub.

Xalq Bankı, Freedom, Altyn bank, RBK və Home Credit,daxil olmaqla doqquz maliyyə Təşkilatı 2025-ci ilin iyun ayından etibarən mobil köçürmələrə başlayacaq.
Sistem biznes və vətəndaşlar üçün hesablamaları asanlaşdıracaq, bankların xərclərini azaldacaq və ödəniş xidmətlərinə çıxışı genişləndirəcək.